Türkiyə XİN İsrailin Livana hücumlarını pislədi

Türkiyə XİN İsrailin Livana hücumlarını pislədi
09.04.2026 05:11 Dünya

Türkiyə İsrailin Livana qarşı intensivləşən və çox sayda itkiyə səbəb olan hücumlarını pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.

XİN-dən qeyd edilib ki, sözügedən hücumlar Livandakı humanitar vəziyyəti daha da ağırlaşdırır.

"Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına güclü dəstəyimizi bir daha bildiririk", - Türkiyə xarici siyasət idarəsindən bildirilib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Nəticədə ölənlərin sayı 112 nəfərə çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər