Türkiyə və Pakistan XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı ABŞ və İran arasında elan edilən 15 günlük müvəqqəti atəşkəs, İslamabadda başlayacaq danışıqlar diqqət mərkəzində olub.