Türkiyə uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan etdi

Türkiyə uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan etdi
14.09.2025 23:05 Dünya

Türkiyədə 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "NTV Haber" telekanalı məlumat yayıb.

Bildirilib ki, hökumət uşaqların törətdiyi cinayətlərlə bağlı hazırlanan sənədləri yekunlaşdırıb. Sənəddə 16 yaşına çatmamış şəxslərin sosial media hesabı açmasının qarşısını alan bənd də yer alır.

Qeyd edək ki, iyul ayında NATO üzvü olan Böyük Britaniya da “İnternet Təhlükəsizliyi Aktı” çərçivəsində yaş yoxlama mexanizmlərini məcburi edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər