Türkiyə Orta Dəhlizi Hörmüzə alternativ kimi irəli sürdü

Dünya

19.04.2026 15:25

Türkiyə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz layihəsini Hörmüz boğazına alternativ kimi fəal şəkildə təşviq edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata əsasən, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən və Ermənistanla Azərbaycan arasında sülh prosesinin bir hissəsi kimi təqdim olunan TRIPP layihəsi ilə əlaqələndirilir.

Bildirilir ki, Türkiyə tərəfi uzun illərdir bağlı olan Əlican sərhəd-keçid məntəqəsinin yenidən açılması üçün hazırlıqlara başlayıb. Sərhədçilər isə açılış tarixinin hələ dəqiq olmadığını, lakin yaxın vaxtlarda reallaşa biləcəyinə ümid etdiklərini deyirlər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Hörmüz boğazı ilə bağlı problemlər yalnız diplomatiya və danışıqlar yolu ilə həll olunmalıdır. O, bu məsələdə əlavə araşdırma və yeni yanaşmaların vacibliyini vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,Hörmüz,Orta dəhliz,Tramp,Todaypress.tv,