Türkiyə İran sərhədində bufer zona yaratmağa hazırlaşır

Dünya

27.01.2026 16:25

Türkiyənin İranda hadisələrin ən pis ssenari üzrə inkişaf edəcəyi və Tehrandakı hakimiyyətin çökməsi halında İranla sərhəddə bufer zona yaratmağı planlaşdırdığı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 22-də Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələri parlamentdə qapalı iclasda deputatlara İranla bağlı bir neçə mümkün ssenariyə hazırlaşdıqları barədə məlumat veriblər.

Mənbələrin sözlərinə görə, brifinq iştirakçılarından biri Türkiyə rəsmilərinin ölkəyə mümkün qaçqın axınının qarşısını almaq məqsədilə “bufer zona” terminindən istifadə etdiyini bildirib. Digər mənbə isə bu ifadənin birbaşa səsləndirilmədiyini, lakin Ankaranın adi tədbirlərdən kənara çıxmağa hazır olduğunu vurğulayıb.

“Əslində, onlar miqrasiya halında gələ biləcək şəxslərin İran ərazisində qalmasını təmin etmək üçün mümkün olan hər şeyin edilməli olduğunu qeyd etdilər”, – deyə ikinci mənbə bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl Ankaranın İranın daxili işlərinə hər hansı xarici müdaxiləyə qarşı olduğunu bildirib və ABŞ hökumətini böhranın diplomatik yollarla həllinə çağırıb.

Qiymət Mahir

tag: Türkiyə,İran,XİN,Bufer zona,Todaypress.tv,