Türkiyə büdcəsinə "Hörmüz" zərbəsi: Bayraktar rəqəmləri açıqladı

Dünya

29.04.2026 23:33

Hörmüz boğazı ətrafında yaranan böhran ilin sonuna qədər Türkiyəyə vergi gəlirlərinin itirilməsi baxımından təxminən 600 milyard türk lirəsinə başa gələ bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

O, böhranın təsirinin neft qiymətlərinin gedişatından asılı olacağını vurğulayıb:

"Əgər neftin qiyməti orta hesabla 100 dollar səviyyəsində qalarsa, ilin sonuna qədər əlavə xərc 13,6 milyard dollar olacaq. Qiymət 125 dollara çatarsa, bu rəqəm 24 milyard dollara yüksələcək".

Bayraktar, həmçinin məsələnin vergi tərəfinə toxunaraq bildirib ki, ilin sonuna qədər təxminən 600 milyard lirəlik gəlir çatışmazlığı yaranacaq.

Nazir eyni zamanda Ankaranın BP şirkəti ilə yeni bir saziş imzalamağa yaxın olduğuna dair siqnallar verib.

Aysel Mətləb

TodayPress TV

tag: Hörmüz ,Türkiyə,Neft,Vergi,TodayPress TV,