Türkiyə aviaşirkəti bu ölkəyə uçuşu ləğv etdi

Türkiyə aviaşirkəti bu ölkəyə uçuşu ləğv etdi
06.11.2025 03:29 Dünya

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə Monteneqro Hava Limanı (ACG) məlumat yayıb.

“Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus Airlines” noyabrın 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa - Sabiha Gökçen istiqamətində aviareysləri isə davam etdirir”, - deyə açıqlamada bildirilir.

Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Montenegro” və “Turkish Airlines” tərəfindən həyata keçirilməyə davam edir.

Qeyd edək ki, Türkiyə Serbiyadan sonra Monteneqro Aerodromu üçün ən vacib bazardır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər