Türkiyə atom enerjisində BÖYÜK PLANINI açıqladı
Türkiyə yeni atom elektrik stansiyalarının tikintisi ilə bağlı Rusiya, Çin, Kanada və Koreya Respublikası ilə müzakirələri davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "Sabah" qəzetinə müsahibəsində danışıb.
“Rusiya Sinop və Trakyadakı AES layihələrində iştirakda maraqlıdır. Rusiya tərəfi Akkuyu AES-də tətbiq etdiyi təcrübə və insan resurslarından burada da istifadə etmək istəyir. Rusiyadan əlavə, digər AES layihələri ilə bağlı Kanada, Çin və Koreya Respublikası ilə də danışıqlar aparırıq. Akkuyudan başqa daha səkkiz reaktor inşa etməyi planlaşdırırıq”, - deyə nazir bildirib.
O əlavə edib ki, hazırda yeni AES-lərlə bağlı heç bir saziş imzalanmayıb:
“Yaxın aylarda qərar vermək və sazişlərin bağlanması üçün hüquqi prosedurları başa çatdırmaq istəyirik”.
Aysel Mətləb