Türk Hava Yollarına məxsus təyyarədə bomba həyəcanı

Dünya

15.01.2026 18:15

Türk Hava Yollarına (THY) məxsus təyyarə heyət üzvlərinin təyyarədə internet qaynar nöqtəsinin qurulduğunu və ona bomba təhlükəsi yaradan ad verildiyini aşkar etməsindən sonra təhlükəsizlik məqsədilə eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin kommunikasiya direktoru Yəhya Üstün məlumat yayıb.

Hadisə təyyarə Barselonaya yaxınlaşarkən baş verib. Məlumata görə, vəziyyət dərhal təhlükəsizlik prosedurlarına uyğun şəkildə qiymətləndirilib və zəruri tədbirlər görülüb.

Üstün sosial şəbəkələrdə paylaşımında qeyd edib ki, təyyarə təhlükəsiz yerə endirilib və bundan sonra İspaniya hakimiyyəti beynəlxalq aviasiya təhlükəsizliyi qaydalarına uyğun olaraq yoxlamalara başlayıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib, araşdırma davam edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: THY,Təyyarə,Bomba,Təhlükəsizlik,Todaypress.tv,