Trampla Zelenski arasında telefon danışığı baş tutdu
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə danışıqlar aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, danışıqlarda Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Avropa İttifaqı liderləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte iştirak edib.
Qeyd edək ki, Zelenski Almaniyada səfərdədir.