Trampın sağ əlində qeyri adi izlər peyda oldu - FOTO

Trampın sağ əlində qeyri adi izlər peyda oldu - FOTO
06.06.2026 13:44 Dünya

ABŞ Prezidenti Donald Trampın Viskonsində jurnalistlər qarşısında çıxışı zamanı sağ əlində görünən göyərmə və şişkinlik  müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, "Daily Beast" nəşrinin məlumatına görə, jurnalist Aaron Rupar paylaşdığı fotolarda Trampın əlində qırmızı-göy rəng dəyişiklikləri və şişkinlik müşahidə edildiyini bildirib.

O, bunun yalnız aspirin istifadəsi və ya çoxsaylı əl sıxmalarından qaynaqlandığı izahına şübhə ilə yanaşıb.

Daha sonra təyyarədə çəkilən başqa bir fotoda da Trampın əlinin nəzərəçarpacaq dərəcədə şiş olduğu görünüb.

Bu görüntülər prezidentin səhhəti ilə bağlı suallar doğurub.

Jalə Rövşən


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər