Trampın reytinqi kəskin şəkildə düşdü
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyən amerikalıların sayı son aylarda minimum həddə düşüb.
TodayPress TV xəbər verir ki, bu nəticə “YouGov” və “Economist” tərəfindən aparılan birgə sorğudan sonra açıqlanıb.
Sorğu Trampın ABŞ-nin İranın nüvə obyektlərini bombaladığı barədə bəyanat verdiyi vaxt aparılıb. Nəticələrə görə, prezidentin fəaliyyətinə dəstək 14% azalıb.
Hazırda respondentlərin 54%-i Trampın siyasətini dəstəkləmir, yalnız 40%-i onun fəaliyyətini müsbət qiymətləndirir. Bu, Trampın ikinci prezidentlik müddətində ən aşağı dəstək göstəricisi sayılır və onun birinci dönəmindəki reytinqlərdən də aşağıdır.
Qiymət Mahir