Trampın Nobel Sülh Mükafatını qazanma ehtimalı 3% qiymətləndirilir
ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatını qazanma şansı cəmi 3% təşkil edir.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bu barədə "Polymarket" mərc platforması məlumatı yayıb.
BMT Baş katibi Antonio Quterreş və “Sərhədsiz Həkimlər” təşkilatının mükafat qazanma ehtimalı isə 1% olaraq göstərilib.
Bloomberg isə yazır ki, Tramp mükafatı almasa, Norveç müəyyən iqtisadi və diplomatik təzyiqlərlə üzləşə bilər.
Nobel Komitəsi Trampın təzyiqlərinin nəticə vermədiyini bildirib. Mükafatın qalibi oktyabrın 10-da elan ediləcək.
Qeyd edək ki, Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə Sülh Mükafatı qazanmaq istədiyini vurğulayıb.
Jalə Rövşən