Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır!

Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır!
15.08.2026 22:05 Dünya

ABŞ-nin Fars körfəzindəki müttəfiqləri arasında Vaşinqtona narazılıq artır.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, ökələr ABŞ Prezidenti Donald Trampın İranla sülhə nail olmaq üçün diplomatik səyləri təmin edə bilməyəcəyindən getdikcə daha çox narahat olur.

Nəşr qeyd edir ki, son həftələrdə Tramp dəfələrlə İranı hədələyib, lakin daha sonra danışıqlarda irəliləyişə istinad edərək təhdidlərini geri götürüb.

Mənbələrin sözlərinə görə, bir neçə ay davam edən münaqişə, o cümlədən İran və onun müttəfiqləri tərəfindən davam edən zərbələrdən sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn hökumətləri indi Tramp administrasiyasına narazılıqlarında həmrəydirlər.

Bəziləri öz ərazilərində böyük Amerika hərbi obyektlərinin yerləşdirilməsinin davam etdirilməsinin məqsədəuyğunluğunu müzakirə etməyə başlayıblar.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər