Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır?

Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır?
20.08.2026 11:52 Dünya

ABŞ hərbçiləri Hörmüz boğazında neft ixracı üçün gizli dəniz dəhlizi yarada bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb.

Mənbənin sözlərinə görə, dəhlizdən hər gün 15-20 tanker keçir və onlar dünya bazarına sutkada təxminən 10 milyon barel neft çatdırırlar. "Axios" əlavə edir ki, əməliyyat son iki ay ərzində Oman sahilləri boyunca cənub kanalı vasitəsilə həyata keçirilir.

Nəşrin məlumatına görə, gizli əməliyyata ABŞ Ordusunun 82-ci hava-desant diviziyasının qərargahında fəaliyyət göstərən xüsusi qrup Körfəz ölkələrindəki tərəfdaşların dəstəyi ilə rəhbərlik edir. Bildirilir ki, ABŞ hərbçiləri Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt limanlarına istiqamətlənən həm yüklü, həm də boş gəmilərin keçidini təşkil edir. "Axios"-un iddiasına görə, tankerlər gecə saatlarında müəyyən edilmiş kolonlarla və ABŞ qırıcılarının müşayiəti altında hərəkət edirlər.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazına dair iddialarını dəfələrlə açıqlayıb. Belə ki, avqustun 13-də o, ABŞ hərbçilərinin su arteriyasına tam nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, İranın donanması və hava qüvvələri yoxdur, qalan hərbçilər isə “pul ödənişləri almırlar”. O əlavə edib ki, Tehran “yalnız saxta xəbərlərə və 300 faizlik inflyasiyaya” malikdir və vəziyyət “pisləşir”.

Bundan əvvəl Tramp Hörmüz boğazının əhəmiyyətinin yaxın zamanda azalacağını açıqlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər