Trampdan Putinə TƏCİLİ zəng: Kreml danışığın DETALLARINI YAYDI

Trampdan Putinə TƏCİLİ zəng: Kreml danışığın DETALLARINI YAYDI
05.07.2026 01:36 Dünya

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Bildirilib ki, Donald Tramp münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.

Uşakov qeyd edib ki, Vladimir Putin Trampa döyüş meydanındakı son vəziyyət, o cümlədən Konstantinovkanın nəzarətə götürülməsi ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, Donald Tramp Ukrayna münaqişəsinin mümkün qədər tez başa çatmasının Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq potensialının reallaşması baxımından vacib olduğunu bildirib.

Uşakov əlavə edib ki, baş tutan telefon danışığının təşəbbüskarı ABŞ tərəfi olub.

Bundan başqa, liderlər Rusiya ilə ABŞ arasında hərbi-siyasi və iqtisadi mövzularda təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar yaxın vaxtlarda yenidən telefon danışığı aparmaq və əlaqədə qalmaq barədə razılığa gəliblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 IYUL 2026
Bütün Xəbərlər