Trampdan NATO-ya xəbərdarlıq: "Biz bunu unutmayacağıq"
ABŞ NATO üzvü olan Avropa ölkələrinin İrana qarşı hərbi əməliyyatda onlara kömək etmədiyini yadda saxlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə ünsiyyəti zamanı bildirib.
"Ehtiyacımız olanda onlar yanımızda deyildilər. Biz bunu yadda saxlamalıyıq", - deyə Ağ Ev lideri NATO-dakı avropalı müttəfiqlərin İrana qarşı hərbi əməliyyatın başlanğıcında dəstək verməməsini şərh edərkən vurğulayıb.
Prezident eyni zamanda qeyd edib ki, əgər nə vaxtsa böyük bir münaqişə baş verərsə, bu vəziyyət yenidən təkrarlana bilər.
Aysel Mətləb