Trampadan sülh planı tələb olunur

Trampadan sülh planı tələb olunur
21.06.2025 23:45 Dünya

ABŞ Prezidenti Donald Trampdan gözlənilən Haaqa NATO sammiti (24–25 iyun) ərəfəsində Ukraynada müharibənin dayandırılması üçün aydın sülh planı təqdim etməsi tələb olunur.

TodayPress TV xəbər verir ki, “Responsible Statecraft” nəşrində professor Anatol Liven yazıb:

“Əgər Tramp Ukraynada davamlı sülh istəyirsə, bunun konkret şərtlərini açıqlamalıdır. Əks halda, Vaşinqton bu münaqişəyə daha dərin şəkildə cəlb oluna bilər”.

Livenin fikrincə, Trampın təklif etməli olduğu əsas şərtlər bunlardır: Rusiyaya qarşı sanksiyaların dayandırılması, Ukrayna konstitusiyasında neytrallıq prinsipinin bərpası, NATO-ya üzvlük niyyətindən imtina.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər