Tramp zirehli binada qalacaq - Gülləkeçirməz şüşələr və partlayışa davamlı divarlar
ABŞ Prezidenti Donald Trampın Ankaraya səfəri çərçivəsində qalacağı oteldə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.
TodayPress TV xəbər verir ki, NTV-nin məlumatına görə, Trampın yerləşəcəyi otel səfər müddətində tamamilə bağlanacaq.
Bildirilib ki, ABŞ prezidenti 190 kvadratmetrlik prezident nömrəsində qalacaq. Otağın şüşələri gülləkeçirməz, divarları isə partlayışlara davamlıdır.
Məlumata əsasən, otelin təhlükəsizliyi ABŞ Məxfi Xidməti tərəfindən təmin ediləcək.