Tramp Yaxın Şərqə qırıcılar göndərdi - TƏCİLİ
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu daha da gücləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ regiona əlavə F-16 və F-35 döyüş təyyarələri, eləcə də havada yanacaq dolduran tanker təyyarələri göndərir. Qərarın bölgədə artan gərginlik fonunda qəbul edildiyi bildirilir. CNN-in məlumatında əlavə qüvvələrin yerləşdirilməsinin ABŞ-nin bölgədəki hərbi imkanlarını gücləndirməyə xidmət etdiyi vurğulanır.