ABŞ Prezidenti Donald Tramp Venesuelanın neft satışından əldə edilən gəlirləri idarə edir; ilk partiya 500 milyon dollara satılıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Tramp administrasiyasının rəsmisi məlumat verib.
Nəşrin məlumatına görə, yeni hökumət ABŞ ilə tam əməkdaşlıq edir.
Xatırladaq ki, ABŞ yanvarın 3‑də genişmiqyaslı hərbi əməliyyatla Venesuelaya zərbələr endirib, paytaxt Karakas və hərbi bazalarda partlayışlar olub. Daha sonra ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ələ keçirildiyini açıqlamışdı.
Jalə Rövşən
