Tramp və Zelenski razılığa gəldi - Növbəti görüşün yeri də məlum oldu

Tramp və Zelenski razılığa gəldi - Növbəti görüşün yeri də məlum oldu
04.07.2026 23:58 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, tərəflər cəbhədəki vəziyyəti və diplomatik prosesləri müzakirə ediblər.

Ukrayna lideri bildirib ki, müharibənin başa çatdırılması üçün real perspektiv mövcuddur və bu prosesdə ABŞ-nin qətiyyəti həlledici rol oynayacaq.

Zelenski əlavə edib ki, o və Tramp söhbəti Ankarada keçiriləcək NATO sammiti çərçivəsində üzbəüz davam etdirmək barədə razılığa gəliblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 IYUL 2026
Bütün Xəbərlər