Tramp: "Ukrayna münaqişəsinin nizamlanmasına yaxınlaşmışıq"
Dünya
21.01.2026 22:39
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin nizamlanmasına “nisbətən yaxınlaşıldığını” bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri Beynəlxalq İqtisadi Forum çərçivəsində Davosda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna sülh sazişi bağlamaq istəyir. ABŞ Prezidenti əlavə edib ki, əgər tərəflər bu fürsətdən istifadə etməsələr, “axmaq" olacaqlar.
Tramp bir daha vurğulayıb ki, bəzən Rusiya nizamlanmaya hazır olanda Ukrayna hazır olmur, bəzən isə əksinə. O, münaqişənin həllini çətinləşdirən əsas amillərdən birinin Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı qarşılıqlı antipatiya olduğunu da təkrar edib.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Ukrayna,Davos,Todaypress.tv,
