Tramp Qrenlandiyanı icarəyə götürməyi yox, əldə etməyi düşünür

Tramp Qrenlandiyanı icarəyə götürməyi yox, əldə etməyi düşünür
12.01.2026 10:38 Dünya

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Qrenlandiyanı "bu və ya digər şəkildə" əldə edəcəyini iddia edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Air Force One" təyyarəsində danışarkən məlumat verib.

Ağ Ev lideri, ərazini icarəyə götürməyi və ya qısamüddətli razılaşmaları deyil, "əldə etməyi" düşündüyünü bildirib.

"Əgər bu NATO-ya təsir edirsə, qoy etsin, amma bilirsiniz ki, onların bizə ehtiyacı, bizim onlara olan ehtiyacımızdan qat-qat çoxdur", - deyə Tramp bunun NATO-ya zərər verib-verməyəcəyi sualına cavab verib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər