Tramp Qrenlandiya ilə bağlı “tam giriş” danışıqlarını təsdiqlədi

Dünya

22.01.2026 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyaya tam və məhdudiyyətsiz giriş əldə etmək üçün danışıqlar apardığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, "Reuters"in məlumatına görə, Donald Tramp bu fikirləri Qrenlandiyanın mümkün satın alınması ilə bağlı suala cavab verərkən səsləndirib.

O bildirib ki, hazırda detallarla bağlı danışıqlar gedir, lakin mahiyyət etibarilə söhbət “tam girişdən” gedir: “Heç bir məhdudiyyət yoxdur, heç bir vaxt məhdudiyyəti yoxdur”.

ABŞ Prezidenti daha əvvəl Qrenlandiya ilə bağlı “əla” bir razılaşmanın mövcud olduğunu və bu razılaşmanın Vaşinqtona “lazım olan hər şeyi” verdiyini də demişdi. Tramp razılaşmanın detalları barədə məlumat açıqlamasa da, onun “uzunmüddətli”, “müddətsiz” və “əbədi” xarakter daşıdığını vurğulayıb.

Qiymət Mahir

tag: ABŞ ,Tramp,Qrelandiya,Vaşinqton,Todaypress.tv,