Tramp Qəzza zolağında böyük irəliləyişin olduğunu bildirdi

Tramp Qəzza zolağında böyük irəliləyişin olduğunu bildirdi
25.06.2025 13:49 Dünya

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin həlli istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, NATO sammiti çərçivəsində Baş katib Mark Rutte ilə görüşdə deyib.

Tramp həmçinin etiraf edib ki, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr Qəzzada saxlanılan girovların azad edilməsinə kömək edə bilər.

“Düşünürəm ki, bu, güc nümayişi idi. Amma qeyd etməliyəm ki, hətta bu zərbələrdən əvvəl də Qəzza ilə bağlı razılaşmaya çox yaxın idik", - deyə o əlavə edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər