Tramp Pentaqonla bağlı açıqlama verəcək
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdən Müdafiə Nazirliyi ilə bağlı vacib açıqlama verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Ağ Evin mətbuat katibi Kerolin Levitt Trampın saat 22:00-da (Bakı vaxtı ilə) bəyanatla çıxış edəcəyini bildirib. Tədbir Oval Ofisdə jurnalistlərin iştirakı ilə keçiriləcək.
Tramp son aylarda bir neçə dəfə Müdafiə Nazirliyinin adının dəyişdirilməsini təklif edib. O, nazirliyə əvvəlki adı olan "Müharibə Departamenti"nin qaytarılmasına üstünlük verdiyini deyib.
Trampın sözlərinə görə, ABŞ yalnız müdafiə etməməli, lazım gəldikdə hücum da etməlidir.
Türkan İsgəndərli