Tramp: "Nüsomun qələbəsi ABŞ-ni Venesuelaya çevirər"

Dünya

28.01.2026 10:16

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının qubernatoru Gevin Nüsomun Demokratlar Partiyasından 2028-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə bunun ABŞ üçün fəlakət olacağını bildirib.

TodayPress TV xəbər verir ki, "NBC News"un məlumatına görə, Tramp Ayova ştatında vətəndaşlar qarşısında çıxışı zamanı qeyd edib ki, əgər 2024-cü il seçkilərində Kamala Harris və ya istənilən digər demokrat qalib gəlsəydi, ABŞ ciddi çətinliklərlə üzləşərdi.

Onun sözlərinə görə, Gevin Nüsom isə daha təhlükəlidir, çünki Kaliforniyanı artıq “məhv edib”:

“Əgər onlar qalib gəlsələr, bu ideologiya qalib gəlsə, siz steroidlərdə olan Venesuela əldə edəcəksiniz”.

Qeyd edək ki, yanvarın 22-də Donald Tramp mümkün varislərinin adlarını da açıqlayıb. ABŞ Prezidenti Respublikaçılar Partiyasında çox istedadlı insanların olduğunu vurğulayaraq vitse-prezident Ceyms Devid Vensi və dövlət katibi Marko Rubionu xüsusi qeyd edib. Trampın şəxsi siyahısında maliyyə naziri Skott Bessentin də adı çəkilib.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Kaliforniya ,Gevin Nüsom,Todaypress.tv,