Tramp NATO nizamnaməsini pozmaqda ittiham olunur
Dünya
28.01.2026 11:17
ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı rüsumlar tətbiq etmək planları və Qrenlandiyaya marağı NATO-nun nizamnaməsinin əsas maddələri ilə ziddiyyət təşkil edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrə danışan, alyansa üzv ölkələrdən birinin adının açıqlanmasını istəməyən diplomatı bildirib ki, bu addımlar nizamnamənin ikinci və üçüncü maddələrini pozur.
Həmin maddələr NATO üzvlərini iqtisadi siyasətdə ziddiyyətləri aradan qaldırmağa və kollektiv müdafiə potensialını gücləndirməyə çağırır.
Nəşrin qeyd etdiyinə görə, yaranmış vəziyyət NATO-nun baş katibi Mark Rütte üçün əlavə çətinliklər yaradır və onun əsas vəzifəsi ABŞ-ni Avropanın tərəfində saxlamaqdan ibarət olur.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Avropa ,NATO ,Todaypress.tv,
