Tramp: “Mən 5-ci maddəyə sadiqəm”
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin birgə qəbul etdiyi bəyanata münasibət bildirib.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, o, NATO-nun 5-ci maddəsinə sadiq olduğunu vurğulayıb:
“Mən 5-ci maddəyə sadiqəm”, - deyə Tramp bəyan edib.
NATO-nun Baş katibi Mark Rutte də çıxış edərək bildirib ki, müttəfiq ölkələr ortaq müdafiənin gücləndirilməsi üçün mühüm öhdəliklər götürüblər.
Ruttenin sözlərinə görə, Tramp açıq şəkildə bəyan edib ki, ABŞ NATO-ya sadiqdir.
Töhfə Səməd