Tramp Memfis şəhərinə Milli Qvardiya göndərir
ABŞ Prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Memfis şəhərinə Milli Qvardiya göndərmək niyyətində olduğunu bildirib.
TodayPress TV-nin xəbərinə görə, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
"Mən bunu deyən ilk insan olacağam. Biz Memfisə gedirik. Memfis ciddi problemlə üzləşən növbəti şəhərdir və mer bundan razıdır. O, demokrat merdir və Tennessi qubernatoru da ciddi problemlərə baxmayaraq, razılıq verib. Biz Vaşinqtonda etdiyimiz kimi, vəziyyəti düzəldəcəyik", - deyə o qeyd edib.