Tramp konqresmen Ömərə hücumu saxtakarlıq hesab edir

Dünya

28.01.2026 13:35

Donald Tramp çıxışı zamanı üzərinə kəskin maye tökülən konqresmen İlhan Öməri (Demokrat, Minnesota) saxtakar adlandırıb və hücumu siyasətçinin özünün təşkil etdiyini deyib.

TodayPress TV  xəbər verir ki, Tramp bunu "ABC News"a verdiyi müsahibədə bildirib.

"Düşünürəm ki, o, fırıldaqçıdır... Onu tanıdığı üçün, yəqin ki, özünə su püskürdüb",-ABŞ lideri deyib.

Prezident hadisənin görüntülərini görmədiyini etiraf edib və "bununla məşğul olmayacağını" ümid etdiyini əlavə edib.

Xatırladaq ki, Konqres üzvü Minneapolisdə çıxışı zamanı hücuma məruz qalıb. Xanım Ömər Daxili Təhlükəsizlik Katibi Kristi Noemin istefasını tələb etdikdən sonra auditoriyadakı bir kişi onun üzərinə naməlum, kəskin maye töküb. Hücum edən şəxs saxlanılıb.

"ABC News" qeyd edir ki, İlhan Ömər Donald Tramp tərəfindən dəfələrlə tənqid olunub. Dekabr ayında Tramp Somalidə anadan olan konqresmen qadını və digər Somali miqrantlarını "zibil" adlandırmış və onların ABŞ-dən çıxarılmasını tələb etmişdi.

Jalə Rövşən 

TodayPress TV 

tag: ABŞ,Donald Tramp ,İlhan Ömər,Minneapolis,Todaypress.tv,