Tramp: “Kirkin qətlini əks etdirən videoya baxmadım”

Tramp: “Kirkin qətlini əks etdirən videoya baxmadım”
12.09.2025 18:30 Dünya

ABŞ Prezidenti Donald Tramp siyasi fəal Çarli Kirkin öldürülməsini əks etdirən videoya baxmayıb.

TodayPress TV xəbər verir ki, o, bunu “Fox News” telekanalına müsahibəsində bildirib.

“Baxmadım. Baxmaq istəmədim. Bu barədə eşitmişəm. Heç vaxt yaxşı həkim olmaq şansım olmazdı", - Tramp sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Çarli Kirkə qarşı sui-qəsd sentyabrın 10-da ABŞ-nin Yuta ştatında törədilib. O, universitet kampusunda çıxış edərkən təxminən 800 metr məsafədən güllələnib. Hadisədən sonra ABŞ-də sentyabrın 14-dək bütün dövlət bayraqlarının yarıya qədər endirilməsi qərara alınıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər