Tramp: "İranla razılaşmasa, ABŞ ən yaxşı silahları tətbiq edəcək"

Dünya

10.04.2026 20:49

ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı gərginlik fonunda hərbi hazırlığın gücləndirildiyini bəyan edib və danışıqların uğursuz bitəcəyi təqdirdə güc tətbiqini istisna etməyib.

TodayPress TV  xəbər verir ki, o bu barədə "The New York Post" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla təchiz edilir.

"Biz gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla yükləyirik... Əgər razılaşma baş tutmasa, biz ondan çox səmərəli şəkildə istifadə edəcəyik", - Tramp vurğulayıb.

O qeyd edib ki, yaxın sutka ərzində İranla danışıqların uğurlu olub-olmayacağı bilinəcək. "Bu, təxminən 24 saatdan sonra, tezliklə aydın olacaq", - o bildirib.

 ABŞ və İran danışıqları aprelin 11-də Pakistanda keçiriləcək.

TodayPress TV

tag: ABŞ, Tramp, İran, Danışıq, todaypress.tv,