Tramp İranla müharibə istəmir

Tramp İranla müharibə istəmir
25.06.2025 16:02 Dünya

ABŞ prezidenti Donald Tramp İranla müharibə istəmir və hələ də razılaşma əldə etməyə ümid edir. 

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, ABŞ gərginliyi artırmaq yox, əksinə, qarşısını almağa çalışır. Rubio həmçinin bildirib ki, Tramp İranda rejim dəyişikliyini məqsəd olaraq görmür.

Qeyd edək ki, iyunun 24-nə keçən gecə prezident Tramp İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunduğunu elan edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər