Tramp İranın nüvə obyektinin dağıldığını açıqladı
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail İrandakı Fordo nüvə obyektinin tamamilə dağıldığını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Tramp NATO-nun Haaqa sammiti çərçivəsində çıxışı zamanı danışıb.
O qeyd edib ki, İsrail hazırda hesabat hazırlayır. Onların adamları zərbədən dərhal sonra Fordo obyektində olublar.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə hücum edib. İran isə cavab olaraq İsrailə raketlər atıb. Hazırda İran və İsrail arasında qarşılıqlı zərbələr davam edir.
İyunun 22-də isə ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektini vurub.
Türkan İsgəndərli