Tramp ilk illik çıxışını edəcək

Dünya

08.01.2026 13:10

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Prezident Donald Trampa məktub göndərərək onu 24 fevral 2026-cı ildə “Ölkənin Vəziyyəti” adlı illik məruzə ilə çıxış etməyə dəvət edib.

TodayPress TV xəbər verir ki, bu barədə Conson sosial media hesabında paylaşım edib.

Bu çıxış Donald Trampın yenidən prezident vəzifəsinə başlamasından sonra Konqres qarşısında ilk illik məruzəsi olacaq. Çıxış Konqresin birgə iclasında keçiriləcək.

Məktubda bildirilib ki, 2026-cı ildə qarşıda duran vacib məsələlərin həlli, Amerika xalqına xidmət, azadlığın qorunması və özünüidarəetmə prinsiplərinin davam etdirilməsi əsas məqsədlərdir.

Eyni zamanda, Respublikaçı senator Lindsi Qrem Donald Trampın Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini açıqlayıb. Qrem prezidentlə keçirdiyi görüşü “məhsuldar” adlandırıb və bildirib ki, qanun layihəsi ikipartiyalı dəstəyə malikdir. Sənəd senator Riçard Blumental və digər senatorlarla birgə hazırlanıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tramp,İclas,Çıxış,ABŞ,Todaypress.tv,