Tramp: “İki nüvə sualtı qayığı “lazımi” yerdədir”

Tramp: “İki nüvə sualtı qayığı “lazımi” yerdədir”
04.08.2025 10:05 Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə ilə bağlı bəyanatlarına cavab olaraq 2 nüvə sualtı qayığının "lazımi bölgəyə" yerləşdirildiyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Tramp Vaşinqton səfəri öncəsi jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

“Sualtı qayıqlar artıq bölgədədir, lazım olan yerdədirlər”, -  deyə Tramp bildirib. 

O, əlavə edib ki, Medvedevin nüvə silahları ilə bağlı ritorikası səbəbindən ABŞ tam hazırlıqlı olmalıdır. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər