Tramp BƏƏ-nin "OPEC"dən çıxışını alqışladı
Dünya
29.04.2026 23:14
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “OPEC”dən çıxmaq qərarını yüksək qiymətləndirib və bunun nəticəsində istehlak qiymətlərini, xüsusən də enerji daşıyıcılarının qiymətini aşağı salacağını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Oval ofisdə jurnalistlərə açıqlama verərkən danışıb.
Amerika lideri BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanı nəzərdə tutaraq deyib:
“Bu, əladır. Mən Məhəmmədi çox yaxşı tanıyıram, o, çox ağıllıdır və yəqin ki, öz yolu ilə getmək istəyir. Düşünürəm ki, bu, son nəticədə qazın, neftin və hər şeyin qiymətinin aşağı düşməsi üçün yaxşı bir addımdır. Onlarda hər şey var. O, həqiqətən böyük liderdir. Ona görə də, xeyr, mən bunu normal qarşılayıram”.
Xatırladaq ki, BƏƏ “OPEC” və daha geniş tərkibli “OPEC+” formatından ayrılacağını elan edib ki, bu da neft hasil edən ölkələr qrupu daxilində son illərin ən əhəmiyyətli parçalanmalarından biri hesab olunur.
Qeyd edək ki, BƏƏ 1967-ci ildən "OPEC"in üzvü idi.
Aysel Mətləb
tag: ABŞ,BƏƏ,OPEC,Tramp,TodayPress TV,
