Tramp Almaniya kanslerini tənqid etdi: "O nədən danışdığını bilmir"

Dünya

28.04.2026 23:50

ABŞ Prezidenti Donald Tramp əvvəllər Vaşinqtonun Tehranla danışılarını “səmərəsiz” adlandıran Almaniya kansleri Fridrix Mertsi tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “TruthSocial”da yazıb.

"Almaniya kansleri Fridrix Merts İranın nüvə silahına sahib olmasının problem olmadığını düşünür. O nədən danışdığını bilmir. Əgər İranın nüvə silahı olsaydı, bütün dünyanı girov saxlayardı", - deyə Amerika lideri vurğulayıb.

Prezidentin sözlərinə görə, ABŞ-nin hazırda İranla bağlı gördüyü işlər çoxdan edilməli idi.

Bundan əlavə, lider Mertsi Almaniyanın daxili problemlərinə görə tənqid edib:

"Almaniyanın iqtisadi və digər sahələrdə bu qədər problemi olması təəccüblü deyil".

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Merts,Tramp,İran,TodayPress TV,