Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı

Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı
15.08.2026 23:40 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası "Apple"ın Çin yaddaş mikrosxemlərini almasını istəmir. Bununla belə, şirkət bunu istənilən halda edə bilər.

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lyutnik "The Wall Street Journal"a müsahibəsinə danışıb.

Nəşrin yazdığına görə, süni intellekt üçün məlumat emalı mərkəzləri yaradan şirkətlərin kompüter yaddaşına doymaz tələbatı bu mühüm kritik komponentin çatışmazlığına və mövcud məhsulların qiymətlərinin sürətlə artmasına səbəb olub.

Bildirilib ki, qiymətlərin artması "Apple"ı və digər istehlak elektronikası istehsalçılarını məhsullarının qiymətlərini əhəmiyyətli dərəcədə artırmağa məcbur edir. Təchizat çatışmazlığını azaltmaq üçün "Apple" Çin istehsalçılarına müraciət edir.

"Tramp administrasiyası bunu dəstəkləmir. Yaddaş probleminin başqa həll yolları olmalıdır, lakin Çin yaddaşının Amerika şirkətləri tərəfindən istifadəsi ən yaxşı variant deyil", - deyə nazir Hyustondakı "Apple" zavoduna səfərindən sonra vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər