Tramp açıqlamasından əvvəl bazarda şübhəli 580 milyon dollar
Dünya
24.03.2026 12:00
ABŞ Prezidenti Donald Trampın bəyanatından əvvəl treyderlər neft bazarında 580 milyon dollarlıq əməliyyat həyata keçiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, Trampın İranla “çox yaxşı və məhsuldar danışıqlar” barədə paylaşımından dəqiqələr əvvəl "Brent" və "WTI" markalı neft fyuçersləri üzrə təxminən 6200 əməliyyat həyata keçirilib.
Bu əməliyyatların ümumi nominal dəyəri 580 milyon dollar təşkil edib. Ticarət həcmləri xüsusilə 27 saniyə ərzində kəskin artıb.
Bildirilir ki, Trampın paylaşımı saat 07:04-də yayımlandıqdan sonra dünya enerji bazarlarında qiymətlər dərhal aşağı düşüb, eyni zamanda S&P 500 indeksinin fyuçersləri və Avropa səhmləri yüksəlib.
Qəzet qeyd edir ki, bu əməliyyatlarla prezidentin bəyanatı arasında birbaşa əlaqəni sübut etmək çətin olsa da, paylaşımdan 15 dəqiqə əvvəl kimlərin bu qədər aktiv satış apardığı sual doğurur.
Qiymət Mahir
tag: ABŞ , Donald Tramp,Brent,WTI,TodayPress TV,
