Tramp: "ABŞ Venesueladan 30–50 milyon barel neft alacaq"

Tramp: "ABŞ Venesueladan 30–50 milyon barel neft alacaq"
07.01.2026 11:28 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Venesueladan 30–50 milyon barel həcmində neft alacaq.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb.

Trampın sözlərinə görə, söhbət sanksiya altında olan, lakin yüksək keyfiyyətli neftdən gedir və satış bazar qiyməti ilə həyata keçiriləcək.

ABŞ prezidenti bildirib ki, əldə olunan vəsaitin Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadə olunmasına nəzarət edəcək.

Tramp, həmçinin ABŞ-nin  Energetika naziri Kris Rayta bu planın dərhal icra olunması üçün göstəriş verdiyini açıqlayıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər