Tramp: "ABŞ qoşunları İran ətrafında qalacaq"
"ABŞ qoşunları İranla razılaşma tam yerinə yetirilənə qədər bölgədə qalacaq".
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
O bildirib ki, ABŞ-nin bütün hərbi qüvvələri hazır vəziyyətdə saxlanılacaq.
“Bütün ABŞ gəmiləri, təyyarələri və şəxsi heyəti əlavə silah və sursatlarla birlikdə yerlərində qalacaq və razılaşma tam icra olunana qədər geri çəkilməyəcək”, — deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, bu addım əldə olunmuş razılaşmanın tam şəkildə yerinə yetirilməsini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, aprelin 8-nə keçən gecə ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəlib.
Qiymət Mahir