Tokayev: "Putin yaşlı nəslin şərəfini qorudu"
Dünya
05.01.2026 12:10
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Türküstan” qəzetinə verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin Bişkek səfəri zamanı gənc cüdoçunu necə güləşdiyini və “yaşlı nəslin şərəfini qoruduğunu” bildirib.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Tokayev jurnalistin MDB liderlərinin idmanla məşğul olması ilə bağlı sualına cavab verərkən bu nümunəni göstərib.
Tokayev və Putin 2025-ci ilin noyabr ayında Bişkekdə görüşüb və daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak ediblər.
Qazaxıstan lideri həmçinin digər MDB liderlərinin idman fəaliyyəti haqqında məlumat verib: Azərbaycan Prezidenti İlham Əliyev fiziki cəhətdən güclüdür və məşqləri buraxmır, Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır, Ermənistan Baş naziri Nikol Paşinyan velosiped sürür, Belarus lideri Aleksandr Lukaşenko xokkey ilə məşğuldur, Tacikistan Prezidenti Emoməli Rəhmon isə döyüşçü-dənizçi cəsarətinə malikdir.
Xatırladaq ki, Tokayev daha əvvəl Putinlə Nazarbayev arasında keçirilən görüş barədə də açıqlama verib.
Jalə Rövşən
tag: Qazaxıstan,Kasım-Jomart Tokayev,“Türküstan” qəzeti,Vladimir Putin,Todaypress.tv,
