Tokayev: "Banklarımız üzərindən şübhəli maliyyə axınları aşkarlanıb"

Dünya

28.01.2026 17:43

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev ölkə bankları vasitəsilə vəsaitlərin çıxarılması ilə bağlı açıqlama verib.  

TodayPress TV xəbər verir ki, o bu barədə Maliyyə Monitorinqi Agentliyində keçirilən görüşdə bildirib.  

Tokayev qeyd edib ki, bir kredit təşkilatı 2025-ci ildə qonşu ölkədən üçüncü ölkələrə 7 trilyon tengedən (təxminən 14 milyard dollar) çox vəsaitin tranzitini asanlaşdırıb.

“Hüquq, iqtisadiyyat və hətta siyasət baxımından bu, mənim fikrimcə, ağlasığmaz bir faktdır”, – deyə Tokayev əlavə edib. 

Qazaxıstan Prezidenti Maliyyə Monitorinqi Agentliyini və digər müvafiq qurumları kommersiya bankları tərəfindən qanunsuz və ya şübhəli əməliyyatlar üzərində nəzarəti gücləndirməyə çağırıb.

Tokayevin sözlərinə görə, fırıldaqçılığın miqyası o qədər genişlənib ki, respublikada dövriyyəsi 62 milyard tengedən (təxminən 124 milyon dollar) çox olan 130-dan çox qanunsuz kriptovalyuta birjası məhv edilib. 

Jalə Rövşən 

TodayPress TV

tag: Qasım Comərd Tokayev ,Maliyyə ,Bank ,Qonşu ,Todaypress.tv,