“The Atlantic”: Tramp Putinlə görüşməyi planlaşdırır

“The Atlantic”: Tramp Putinlə görüşməyi planlaşdırır
22.05.2025 17:22 Dünya

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə daha sıx əlaqələr qurmaq məqsədilə onunla görüşməyi planlaşdırır.   

TodayPress TV xəbər verir ki, bu barədə “The Atlantic” yazıb. 

“Tramp hələ də Putinlə daha sıx əlaqələr qurmaq istəyir və Ağ Ev çox güman ki, tezliklə yenidən görüşməyi nəzərdən keçirəcək” nəşr mənbələrə istinadən bildirib.

Bununla belə, mənbələrin məlumatına görə, mümkün sammitdə Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparılmayacaq. 

Qeyd olunur ki, Ağ Ev rəhbəri Moskva ilə münasibətləri normallaşdırmaq və Rusiyanın nadir torpaq minerallarına təsir edəcək ticarət sazişini müzakirə etmək istəyir.

Nicat Osman

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər