“Tesla”nın baş mühəndisi istefa verdi
“Tesla” şirkətinin baş mühəndisi “Optimus”humanoid robotunun əsas yaradıcısı Milan Kovaç istefa verərək şirkətdən ayrılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Electrek” məlumat yayıb.
Kovaç istefasını şəxsi səbəblərlə izah edib:
“Uzun müddət ailəmdən uzaqda olmuşam, onlarla daha çox vaxt keçirməliyəm”, – deyə o bildirib.
O, İlon Maskla münasibətlərində problem olmadığını və “Tesla”ya dəstəyinin davam etdiyini vurğulayıb.
Qiymət Mahir