Tehran Trampın "dəniz blokadası" planına reaksiya verdi

Tehran Trampın "dəniz blokadası" planına reaksiya verdi
29.04.2026 20:30 Dünya

ABŞ Prezidenti Donald Tramp iqtisadi təzyiq vasitəsilə İranı məhv etməyə və İslam Respublikası daxilində münaqişələri alovlandırmağa çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf xalqa müraciətində danışıb.

"Tramp daxili münaqişələri qızışdırmaqla İranı təslim olmağa məcbur etmək üçün dəniz blokadasından danışır", - deyə o bildirib.

Qalibaf iranlıları düşmənlərinin planlarını pozmaq və ölkənin dağılmasının qarşısını almaq üçün birliyi qorumağa çağırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər