Tehran: ABŞ ilə yeni danışıqlar raundu yoxdur!
İranın rəsmi xəbər agentliyi ABŞ və İran arasında İslamabadda keçirilməsi planlaşdırılan ikinci danışıqlar raundu ilə bağlı yayılan məlumatları təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə "IRNA"məlumat yayıb.
Məlumata görə, agentlik bildirib ki, ABŞ-nin həddindən artıq və əsassız tələbləri, tez-tez dəyişən mövqeyi və ziddiyyətli açıqlamaları danışıqlarda irəliləyişə mane olur.
Eyni zamanda qeyd olunub ki, İslamabadda ikinci raundun keçirilməsi barədə məlumatlar doğru deyil və hazırkı şəraitdə məhsuldar danışıqlar üçün real perspektiv yoxdur.
Jalə Rövşən